Estetik mədəniyyət
Estetik mədəniyyət — konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. Estetik mədəniyyətin spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. Estetik mədəniyyət insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir. Estetik mədəniyyət estetik düşüncәlәrin mәhsuludur. Estetik düşüncә tәkcә maddi baza әsasında yox, hәm dә icma kollektivlәrinin mәnәvi hәyatı әsasında yaranır. Bir sözlә, estetik düşüncә bu vә ya digәr formasiyada ictimai hәyatın әn yüksәk mәnәvi forması kimi çıxış edir vә bu hәyatın mәzmununu dolğunluğu ilә ifadә edir. Mәhz buna görә, E.m.-dә ictimai, siyasi, әxlaqi vә dini görüşlәr, tәbiәtin dәrki, әtraf mühitә münasibәt kimi çoxcәhәtli keyfiyyәtlәr birlәşir. Demәli, estetik mədəniyyət insan vә dünya, insan vә insan, nәhayәt, insan vә cәmiyyәt arasındakı köklü münasibәtlәri birlәşdirәn mәnәvi inkişafın zәrurәtindәn doğan ictimai şüur formasıdır.
Estetik mədəniyyətin әsas funksional-struktur elementlәri aşağıdakılardır: ictimai idealın sistemlәşdirici amili kimi çıxış edәn estetik münasibәt; bәdii sәrvәtlәrin mәcmu sistemi; insanların xüsusi dәstәsi; bәdii sәrvәtlәrin toplanmasını vә translyasiyasını, onların estetik münasibәtlәr sisteminә daxil edilmәsini tәmin edәn tirajlama vә kommunikasiya vasitәlәri; dövlәtin vә bütövlükdә cәmiyyәtin nәzarәti altında olan estetik mədəniyyəti vә estetik tәrbiyәni paylaşdırma vә yenidәn istehsaletmә mexanizmlәri vә tәsisatları.
Estetik mədəniyyətin kulturoloji aspektlәri mәdәniyyәtә verilәn müxtәlif tәriflәrdә әks olunur: tәsviri (burada mәdәniyyәtin tәzahürü vә ayrı-ayrı elementlәri – adәtlәr, etiqadlar, fәaliyyәt növlәri sadәcә olaraq sadalanır); antropoloji [mәdәniyyәt tәbiәtә qarşı duran (“ikinci tәbiәt”) insan fәaliyyәtinin mәhsulları, şeylәr dünyasıdır]; dәyәr (mәdәniyyәti maddi vә mәnәvi dәyәrlәrin mәcmusu kimi şәrh edir); normativ (mәdәniyyәtin mәzmunu insan hәyatını nizamlayan norma vә qaydaların mәcmusudur); adaptiv (mәdәniyyәti insanlara xas tәlәbatın ödәnilmәsi üsulu kimi şәrh edir); tarixi (mәdәniyyәt cәmiyyәt tarixinin mәhsuludur vә insanın әldә etdiyi tәcrübәsinin nәsildәn-nәslә ötürülmәsi yolu ilә inkişaf edir). Estetik mədəniyyət bütövlüyün, tamlığın ifadәsidir. Eyni zamanda onun nisbi müstәqilliyә malik müxtәlif sahәlәri cәmiyyәtin sosial strukturu ilә şәrtlәnәn vahid sistemdә birlәşir. E.m.-in sosial istiqamәtlәrinin ifadәsini estetik ideal tәşkil edir.Öz mәzmununa görә estetik ideal ictimai idealın ifadәsidir.Fәrd estetik ideal vasitәsilә sosial әhәmiyyәtli normaları vә sәrvәtlәri mәnimsәyir, şәxsiyyәt isә hәmin ideal vasitәsilә sosiallaşır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət