Slimfit
  1. DÜNYA

Ermənistan baş nazirini seçir: parlament müzakirəsi başladı

Ermənistan baş nazirini seçir: parlament müzakirəsi başladı
Sakura

Ermənistan parlamentində baş nazirliyə namizədliklə bağlı müzakirələr başlayıb

Ermənistan parlamentində baş nazirliyə namizədliklə bağlı müzakirələr başlayıb.

Axar.az erməni mətbuatına istinadla xəbər verir ki, hazırda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da parlamentdədir.

O, Çıxış fraksiyasının iclasında iştirak edib və daha sonra parlamentin iclasına qatılıb.

Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir vəzifəsindən istefa vermişdi. Ötən gün Çıxış bloku onun namizədliyini baş nazirliyə təqdim edib. Qanunvericiliyə görə, baş nazirin istefasından sonra hər biri 7+1 gün olmaqla, iki dəfə yeni baş nazir seçilməzsə, parlament seçkisi elan edilməlidir.

Paşinyan yeganə namizəddir. Hazırda siyasi tamaşa oynanılır: onun "seçilməyəcəyi", baş nazir seçkisinin növbəti 7+1 günə ertələnəcəyi nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR