Dərc edildi: Baxış sayı: 1019
Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub, cavab atəşi açılıb
İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ens.Az-ın məlumatına əsasən,Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət