Slimfit
  1. TƏBİƏT

Erkən açan primula çiçəkləri

Erkən açan primula çiçəkləri
Sakura

Erkən açan primula çiçəkləri

Primulanın çox vaxt ilk çiçək adlandırılmasının səbəbi onun erkən açılması ilə bağlıdır. Çiçəkləri açara bənzədiyindən ona "yayın açarı" da deyirlər. Ayrı-ayrı xalqların mifologiyasında primula haqqında müxtəlif əfsanələr var.

Onunla bağlı bir çox inanclar da var. Məsələn, Almaniyada onu toy müjdəçisi hesab edirlər. Yerli əhalinin inamına görə, bitkinin ilk çiçəklərinin açıldığını görən qız həmin il ərə gedəcək, oğlan evlənəcək. Qərbi Avropada yaşamış bəzi qədim xalqlar primulanı sevgi şərbətlərinin tərkibinə qatırdılar. İngiltərəlilər isə cırtdan və pərilərin primulanın altında gizləndiklərini güman edirlər.

Vətəni Çin hesab edilən bitkinin 200-ə qədər növü var. Yabanı halda sulu çayırlıqlarda və meşənin rütubətli hissələrində bitir. Onu ev şəraitində yetişdirərkən düz düşən günəş işığı altında saxlamamalı, yalnız yarımkölgəli və çox aydınlıq olan yerdə becərmək lazımdır. Həddindən artıq isti və soyuq havada bitkinin çiçək və yarpaqları solur. Sərin və hava cərəyanı olan yerdə daha yaxşı yetişir.

Tibdə primulanın kök və çiçəklərindən istifadə olunur. Yazda və payızda çiçəkləri torpaqdan çıxarılaraq təmizlənir və günəş işığı altında qurudulur. Köklərində uçucu yağlar, saponinlər, qlikozidlər və enzimlər var. Bitki sinəyumşaldıcı və yüngül sidikqovucudur, bronxit və miqrenin müalicəsində istifadə olunur.

Primula kökündən çıxarılandan sonra tək-tək əkilən incə budaqların köklərindən yeni bitkilər əmələ gəlməyə başlayır. Çıxan yeni bitkilər başqa dibçəklərə əkilərək yeni primulalar yetişdirilir.

 

Mənbə: Azertag.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR