Dərc edildi: Baxış sayı: 660
Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”
“Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.
“Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət