Slimfit
  1. CƏMİYYƏT

Elektron Məhkəmənin mobil versiyası təqdim olundu

Elektron Məhkəmənin mobil versiyası təqdim olundu
Sakura

Elektron Məhkəmənin mobil versiyası təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yerli məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, “Mobil Elektron Məhkəmə” yeni proqram təminatını ölkə prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu hazırlayıb.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda hakimiyyətin hər üç qolu – qanunverici, icra və məhkəmə - üzrə sistemli islahatlar aparılır: ““Mobil Elektron Məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək və ədalət mühakiməsi mexanizmlərinin effektivliyini artıracaq. Beləliklə, ““Mobil Elektron Məhkəmə” proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdırcaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq. Nəzərə alanda ki, Azərbaycan qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda bütün dünyada Azərbaycanın “Mobil Elektron Məhkəmə” tətbiqindən istifadə etmək olacaq.”

İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov isə bildirib ki, bu gün əlamətdar günə çevrilir, çünki artıq vətəndaşlar və sahibkarlar istifadəyə verilən yeni mobil tətbiq vasitəsi ilə “Elektron məhkəmə” informasiya sisteminin, o cümlədən Vahid Məhkəmə Portalının bütün imkanlarından daha mobil qaydada faydalana bilərlər.

“Mobil Elektron Məhkəmə” vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə ümumi məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. müasir imkanlarda istifadə etmək mümkündür.

R.Qurbanov əlavə edib ki, dünyada və Avropada mobil elektron məhkəmə tətbiqlərinə az rast gəlinir. Bunun səbəbi isə bu növ proqram təminatlarının hazırlanması üçün xüsusi yanaşmanın və eyni zamanda böyük intellektual resursların tələb olunmasıdır. Qürurverici haldır ki, Azərbaycanda fəaliyyət göstərən milli mütəxəssislərimiz, o cümlədən hakim və məhkəmə aparatı işçiləri bu missiyanı layigincə yerinə yetirə biliblər.

Təqdimat zamanı Dünya Bankı ilə birlikdə hazırlanan “Mobil Elektron məhkəmə”nin üstünlükləri barədə geniş məlumat verilib və bildirilib ki, tətbiq ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması yolunda növbəti bir addımdır. Çünki sahibkar və ya vətəndaş istənilən yerdə stasionar kompüterə bağlı olmadan aidiyyəti iş üzrə operativ məlumat əldə edə bilər, təyin olunan məhkəmə iclası barədə vaxtın məlumat öyrənə bilər. Mobil tətbiq vasitəsi ilə məhkəmə işinin sənədləri (iddia ərizəsi, məhkəmə aktı və s.) ilə smartfonda tanış olmaq və endirmək, sahibkarlara ASAN imza ilə daxil olaraq sahib olduqları şirkətə aid işlər ilə tanış olmaq mümkündür.

Ədalət mühakiməsinə əlçatanlıq imkanlarını genişləndirmək məqsədi ilə proqram təminatı üç dildə – Azərbaycan, ingilis və rus dillərində yaradılıb.

Yeni elektron tətbiq ”Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün məhkəmə sistemi sahəsində islahatlarla bağlı” 2019-cu ilin ikinci yarım illiyini əhatə edən Tədbirlər Planı üzrə hazırlanıb. Qısa müddət ərzində ölkə başçısının rəhbərliyi ilə “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı dəyişikliklər aparılıb və daha təkmil funksionallıqlar yaradılıb. Bunun da nəticəsində Dünya Bankının “Doing Business 2020” hesabatının “Müqavilələrin icrası” göstəricisinə görə Azərbaycan 190 ölkə arasında 40-cı yerdən 28-ci yerə yüksəlib.

Tədbirdə Ali Məhkəmənin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi nümayəndələri iştirak ediblər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR