Ekspert: "2 il təcrübəsi olmayanlar taksi sürməməlidir"
Avtobus sürücülərindən 2-3 il staj tələb ediləcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Publika.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Bakıda avtobus sürücülərinə dair tələblərlə bağlı Nazirlər Kabinetinin qərarı qərarının bir neçə gündür yanlış şərh edilməsinə münasibət bildirərkən deyib.
Ekspert bildirir ki, qərarın həmin müddəası yanlış şərh edilib.
“Yayılan məlumatlara görə, bundan sonra avtobus sürücüsü işinə qəbul üçün 2 (və ya 3) il staj lazımdır. Amma belə deyil. Ümumiyyətlə, yeni təsdiq edilən sənəddə sürücü işləmək üçün heç bir yeni tələb yoxdur. Orada avtobus və taksi sürüclərinə aid tələblər indiyədək Yol hərəkəti haqqında və Avtomobil nəqliyyatı haqqında qanunlarda olduğu kimi təkrarlanır. Tələb belədir ki, şəxsin D, DE kateqoriyalı, yaxud D1 və D1E altkateqoriyalı vəsiqəsi varsa, o, hər hansı staji olmadan (yəni praktiki olaraq belə vəsiqəni aldığı gündən) avtobus sürücüsü kimi işə qəbul oluna bilər.
2 illik staj taksi sürücüsü üçün tələb olunur ki, bu da başadüşüləndir. Çünki yenicə B kateqoriyası alan və ömründə avtomobil sürməyən şəxsin taksi sürücüsü olması məqsədəuyğun deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət