Slimfit
  1. AZƏRBAYCAN

"Donuz qripinə qarşı vaksin yoxdur" - Baş epidemioloq

"Donuz qripinə qarşı vaksin yoxdur" - Baş epidemioloq
Sakura

Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz

Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz.
Azvision.az xəbər verir ki, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib. Onun sözlərinə görə, "donuz qripi"nə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil. Bu gün Azərbaycanda "donuz qripi" (H1N1) yoxdur deyən baş epidemioloq bildirib ki, 2006-cı ildən indiyədək Azərbaycanda kəskin respirator virus infeksiyaları ilə əlaqədar xüsusi palatalar ayrılıb və ölkədə müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür. 

"Son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın müxtəlif bölgələrində donuz qripinin olması barədə məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmir. Ölkə ərazisində mövsümlə əlaqədar qrip xəstəliyinin müşahidə edilməsi normaldır. Əgər donuz qripi qeydə alınarsa, həmin xəstəliklə mübarizə aparmaq iqtidarındayıq"
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR