Slimfit
  1. AZƏRBAYCAN

Deputat: 200 manat maaşı təsəvvür edə bilirsiniz?

Deputat: 200 manat maaşı təsəvvür edə bilirsiniz?
Sakura

Deputat: 200 manat maaşı təsəvvür edə bilirsiniz?

Siz 200 manat maaşı təsəvvür edə bilirsiniz? Şəxsən mən təsəvvür edə bilmirəm. Bəlkə də, belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər, ən az maaş alan onlardır.

Oxu.Az-ın xəbərinə görə, bunu millət vəkili Elmira Axundova parlament komitəsinin iclasında deyib.

Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib:

“Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma səkkiz min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər səkkiz min manat maaş alan var?

Bəlkə siz tanıyırsınız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın, mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır”.

Millət vəkili bu cür addımlardansa, zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib:

“Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin. Bəlkə, biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!”

Millət vəkili İlham Məmmədov da həmkarının aksiz dərəcələri ilə bağlı fikirlərini dəstəkləyib:

“Dünyanın hər yerində arağın, spirtli içkilərinin, siqaretin qiyməti çox bahadır. Bizdə də belə olmalıdır. Qoy, zəhmət çəkib gündə 10 dənə yox, bir dənə siqaret çəksinlər. Və ya Bakıda hara baxırsan, şərab evi, şərab evi. Axı, bu, nə qədər ola bilər? İnsanlarımızı sanki içkiyə, zəhərə həvəsləndiririk. Ona görə hesab edirəm ki, bizdə də aksiz dərəcələri, rüsumlar artırılmalıdır”.

Millət vəkili Aytən Mustafazadə deyib ki, bu gün Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının əksəriyyəti 200-240 manat maaş alır:

“Bəli, təkcə həkimlər deyil, AMEA-nın əməkdaşları da belə maaş alır. Çox təəssüflər olsun ki, belə reallıq var. Bu, AMEA-da mövcuddur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR