Slimfit
  1. BİOQRAFİYA

Dəmirçi Aşıq Hüseyn

Dəmirçi Aşıq Hüseyn
Sakura

Dəmirçi aşıq Hüseyn - Azərbaycanlı ustad aşıq

Dəmirçi Hüseyn 1885-ci ildə Tovuzun Bozalqanlı obasında dünyaya gəlib. Bu o kənddi ki, şərq ədəbiyyatına, milli Azərbaycan xəzinəsinə bir neçə qüdrətli sənətkar bəxş edib. Şair Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Şair Vəli. Eyni zamanda yenilməzlik tariximizdə özünə əbədi yer tapan qəhrəmanlar yetişdirib. Qaçaq Kərəmin müasiri və silahdaşı Qara Tanrıverdi, Telli Əsəd, Mamoy Kalvayı Əsəd və i. və s. ...

Dəmirçi Hüseynin atası Rza, Rzanın atası Rzaqulu və Rzaqulunun ata və babası Şahqulu, Səfiqulu da qüdrətli sənətkarlar olublar. Sazla, sözlə yaşayıblar. Dəmirçilik sənətinə yiyələniblər. Hər biri neçə-neçə sənətkar yetişdirib. Bütün bunlar onu deməyə əsas verir ki, dəmirçi aşıq Hüseyn təsadüfi şəxsiyyət olmayıb.

Tarixin dəmir sınaqlarından çıxan dəmirçi aşıq Hüseyn Bozalqanlı şair aşıq Hüseynə 7 il qulluq edib.Yəni, ona şagird olub. Təsadüfi deyil ki, el-obamızın dahi bəstəkarı Üzeyir Hacıbəyov vaxtilə onun səsini dağlardan tökülən gur şəlaləyə bənzədib. Oxuduğu Koroğlu havalarına dönə-dönə qulaq asıb. "Səhnədə Qıratı əsl bu aşıq minməlidi", deyib. Onu da deyib ki, Bozalqanlı kəndi özü boyda aşıqlar filarmoniyasıdı. Oraya həmişə diqqət, qayğı göstərmək lazımdı.

  • El şairi Şəmşad Rzanın atasıdır.

 

Yaradıcılığı

 

Şəcərəsi

Səfiqulu

Şahqulu

Rzaqulu

Rza

Dəmirçi Aşıq Hüseyn

Şəmşad Rza

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR