Dəfnə qədər 2 həftə dostunun yolunu gözlədi... - Hər kəs bu itdən danışır
İt hər gün ona baxan müəllimin kabinetinin qarşısına gəlirdi, amma onun dostu bir daha gözə dəymədi.
“Qafqazinfo” “Mirror”a istinadən xəbər verir ki, Buboy ləqəbli it professor Karmelito Marselo ilə iki il əvvəl dostlaşmışdı. Universitet müəllimi dördayaqlını yedizdirməyə başlamışdı, o da hər gün onun kabinetinin qarşısına gəlirdi. İt gecələr binanın keşiyini də çəkirdi.
Günlərin bir günü müəllim işə gəlmədi. 58 yaşlı professor ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilmişdi. İki həftə orada yatan K. Marselonun səhhətində irəliləyiş olmadı və o, dünyasını dəyişdi. Həmin müddət ərzində it hər gün eyni hərəkəti təkrar edir, çox sevdiyi insanla görüşə gəlirdi. İtin davranışından təsirlənən tələbələr onu da özləri ilə dəfn mərasiminə aparmaq qərarına gəlir.
Professorun sadiq dostu onun tabutunu görüncə ulayıb, daha sonra isə yanında uzanıb. İndi itə biganə qalmayanlar onun üçün yeni ev axtarışındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət