Dərc edildi: Baxış sayı: 878
Daha beş seçki məntəqəsinin nəticələri etibarsız sayıldı
Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli Seçki Dairəsi üzrə daxil olan şikayətlərə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.
Qeyd olunub ki, şikayətçilər həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb ediblər.
Şikayət edənlər həmin dairə üzrə deputatlığa namizədliyi qeydə alınmış İlqar Hüseynli, İltizam Əkbərli və Murad Fərzəliyevdir.
Bildirilib ki, müvafiq seçki dairəsinin beş seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə mane olan hallar aşkarlanıb.
MSK qərara alıb ki, həmin dairədə beş seçki məntəqəsinin nəticələri etibarsız hesab edilsin.
Qeyd edək ki, 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayevdir.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət