Slimfit
  1. TEXNOLOGİYA

Çində robot polislər dəmir yolu stansiyalarında patrul xidmətinə başlayıb

Çində robot polislər dəmir yolu stansiyalarında patrul xidmətinə başlayıb
Sakura
:0

Çində robot polislər dəmir yolu stansiyalarında patrul xidmətinə başlayıb

Çinin dəmir yolu stansiyalarında sifətin skan edilməsi və tanınması texnologiyası vasitəsilə cinayətkarları aşkarlamağa imkan verəcək robotlar fəaliyyət göstərməyə başlayıb. Bu barədə Britaniyanın “The Sun” nəşri məlumat verib.

ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, robot polisi Çinin şimal-şərqində Tszilin əyalətinin Çançun dəmir yolu stansiyasında görmək mümkündür. Robot gözləmə zalında tələsmədən hərəkət edərək çoxsaylı sərnişinləri diqqətlə nəzərdən keçirir. Qurğu insanların sifətinə baxmaqla tanıyır və onları axtarışda olan cinayətkarların məlumat bazası ilə müqayisə edir 

Qeyd edək ki, Çində geniş yayılan sifətin tanınması texnologiyası aeroportlardan tutmuş, ofis binalarınadək quraşdırılıb. Ölkədə, həmçinin vətəndaşlardan onlayn hesabların rəsmi dövlət identifikatoru ilə əlaqələndirilməsini tələb edən “həqiqi adların qeydiyyatı” siyasəti qüvvədədir.

Bundan başqa, bu yaxınlarda Çində yeni mobil telefon alan bütün şəxslərin sifətinin icbari skan edilməsi tətbiq edilib.

Nizam Nuriyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR