Çində başqasının cənazəsinə ağlamaqla 28 min dollar qazanmaq olar
Məlum olub ki, Çində qədim adətlərdən olan dəfn mərasimində ağlamaqla yaxşı qazanmaq olar.
Ens.az xəbər verir ki, Henan əyalətinin sakini başqalarının cənazəsinə ağlamaqla ildə 200 min yuan, yəni təxminən 28 min dollar qazanır.
O, heç vaxt tanımadığı insanların cənazəsində iştirak edir və ucadan ağlayır. Bunun üçün mərhumun yaxınları ona 30 dəqiqə üçün 300 yuan (42 dollar) ödəyirlər.
Çinli qadın artıq 20 ildir ki, peşəkar ağlayan kimi işləyir. Bu müddət ərzində o, ev tikmək və oğlunu universitetə oxumağa göndərmək üçün kifayət qədər qazana bilib.
Ağlayanlar - bir çox mədəniyyətdə mövcud olmuş qədim peşədir. Dəfn və mərsiyələr institutunun Çin və Yaxın Şərqdə meydana gəlməsi güman olunur. Amma dəfn mərasimlərində ağlamaq xidmətləri qədim Misir və Romada da var idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət