Slimfit
  1. SİYASƏT

Cinayət-Prosessual Məcəlləsinə bu dəyişikliklər edilir - SİYAHI

Cinayət-Prosessual Məcəlləsinə bu dəyişikliklər edilir - SİYAHI
Sakura

Cinayət-Prosessual Məcəlləsinə bu dəyişikliklər edilir - SİYAHI

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 2019-cu il 3 aprel tarixli Fərmanında verilən tövsiyə və tapşırıqlara uyğun olaraq hazırlanan sənədə layihəsinə aşağıdakı dəyişikliklərin edilməsi təklif olunur:

- “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təklif edilən dəyişikliklər;

- müasir informasiya-kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, habelə xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin edən dəyişiklikləri nəzərdə tutan yeni maddələrin əlavə edilməsi;

- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi.

Qeyd edilən istiqamətlər üzrə Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə obyektivliyin və effektivliyin yüksəldilməsi, habelə məhkəməyə müraciət imkanlarının genişləndirməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsində dəyişikliklərin ikinci istiqaməti cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Eyni zamanda qeyd edilməlidir ki, layihə hazırlanarkən bütövlükdə Cinayət-Prosessual Məcəlləsinin hüquq normalarında dəqiqləşdirilmələr və uyğunlaşdırılmalar da aparılıb.

Qanun layihəsində dəyişikliklərin üçüncü istiqamətinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləyə Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydalarını ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif edilir.

Bu Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR