Dərc edildi: Baxış sayı: 439
Çin klublararası dünya çempionatı üçün yeganə namizəd olacaq
Çin 2021-ci ildə keçiriləcək klublararası dünya çempionatı üçün yeganə namizəd olacaq.
"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, FIFA yalnız bu ölkənin mundiala ev sahibliyi etmək hüququnu nəzərdən keçirəcək. Bildirilir ki, məsələ qurumun oktyabrın 24-də Çinin Şanxay şəhərindəki iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə klublararası dünya çempionatı Qətərdə olacaq. Mövcud qaydalara əsasən, turnirdə 7 klub iştirak edir. 2021-ci ildən etibarən isə 24 komanda mundialda iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət