Slimfit
  1. TEXNOLOGİYA

“CES 2019” sərgisində istifadəçinin emosiyalarını tanıya bilən robot nümayiş etdirilib

“CES 2019” sərgisində istifadəçinin emosiyalarını tanıya bilən robot nümayiş etdirilib
Sakura

“CES 2019” sərgisində istifadəçinin emosiyalarını tanıya bilən robot nümayiş etdirilib

Yaponiyanın “Yukai Engineering” şirkəti “CES 2019” sərgisində istifadəçinin emosiyalarını tanıya və onun “dərdinə şərik ola” bilən “BOCCO emo” robotunu nümayiş etdirib.

AZƏRTAC robo-hunter.com saytına istinadla xəbər verir ki, kiçik qaradamı kimi görünən robot ev sakinləri ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. “BOCCO emo” internetə “Wi-Fi” və ya sim-kart sayəsində yaradılan mobil əlaqə vasitəsilə qoşulur. İstifadəçilər robota ismarıc (audio və ya mətn şəklində) göndərirlər, robot isə onu yüksək səslə oxuyur.

Robotun əsas özəlliyi ondan ibarətdir ki, o, sahibinin nitqini və səsinin intonasiyasını tanıya bilir. “BOCCO emo” sahibindən neqativ sözlər eşitdikdə başını aşağı endirərək, ağlayıb-sızlamağa oxşar səs çıxarır, onun yanaqlarında isə qırmızı işıq yanır. O, istifadəçinin şən əhval-ruhiyyədə olduğunu “hiss etdikdə” başını qaldıraraq, quş kimi cəh-cəh vurur, yanaqlarında isə yaşıl işıq yanır.

2019-cu ilin payız aylarında satışa çıxarılacaq robotun qiymətinin 240 dollar olacağı bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR