Dərc edildi: Baxış sayı: 475
Cənubi Amerikanın ən yaxşı futbolçusu
Cənubi Amerikada 2018-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Qol.az-ın “Gazeta Esportiva”ya istinadən yaydığı xəbərə görə, “River Pleyt”in yarımmüdafiəçisi Qonsalo Martines Cənubi Amerikada ötən ilin ən yaxşısı seçilib. Argentinalı futbolçu jurnalistlərin keçirdiyi sorğuda 130 səslə qalib olub.
Qeyd edək ki, Martines 2018-ci ildə bütün turnirlərdə 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət