Dərc edildi: Baxış sayı: 1098
Buz yemə istəyi - Görün hansı xəstəlikdən xəbər verir
Daş,torpaq,buz və .s yemək istəyinə anemiya səbəb ola bilər.
Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünya əhalisinin təxminən 30 faizinə təsir edən anemiya, saç tökülməsi, çarpıntılar və zəiflik kimi bir çox xəstəliklərə səbəb olur.
Düzgün bəslənməməyin və müalicəyə laqeyd yanaşmağın sonrakı illərdə ciddi xəstəliklərə zəmin yarada biləcəyini söyləyən Anadolu Tibb Mərkəzinin Daxili Xəstəliklər mütəxəssisi Fatih Bünül, "Uşaqlarda böyümə və inkişaf geriliyi, böyüklər və yaşlılarda zəiflik ,başgicəllənmə , nəfəs darlığının səbəbi ola bilər. Bəzi xüsusi hallarda daş, torpaq, qəhvə, buz yemək istəyi anemiya əlaməti də ola bilər" -deyə, bildirib.
Onun sözlərinə görə, insan bədəni anemiyaya uyğunlaşa bilir və bəll ibir nöqtəyə qədər heç bir əlaməti bilinmir. Lakin bəzən qan azlığı olan şəxslərdə torpaq, daş,buz və s. kimi şeylər yemə istəyi yaranır.
Anemiya olan şəxslər bunu tək bir səbəblə ortaya çıxa biləcəyini hesab edir. Lakin qan azlığının birdən çox səbəbi ola bilər. Anemiya, dəmir azlığı, xroniki böyrək xəstəliyi,sümük iliyi,qaraciyər xəstəlikləri, B12 əskikliyi və s. kimi problemləri üzə çxarır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət