Slimfit
  1. MƏDƏNİYYƏT

Bu səhnə məşhur filmimizdən niyə çıxarıldı?

Bu səhnə məşhur filmimizdən niyə çıxarıldı?
Sakura

Bu səhnə məşhur filmimizdən niyə çıxarıldı?

Bu gün mərhum xalq artisti Həsən Məmmədovun doğum günüdür.

Kult.az Həsən Məmmədovla bağlı 10 faktı təqdim edir:

1. Azərbaycan mədəniyyəti Həsən Məmmədov kimi bir sənətkarı tanımadan itirə bilərdi. Belə ki, o, əvvəlcə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyor olmaq istədiyi üçün təhsilini yarımçıq qoyaraq, Teatr İnstitutuna gedib.

2. Atası Həsən Məmmədovun müəllim olmasını istəyirdi. Həsən bəy təhsilini yarımçıq saxlayıb aktyorluğu seçdiyi üçün atası ondan incimişdi, hətta onu danışdırmırdı.

3. O, üçüncü kursda oxuyanda “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət alır. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşünür ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb Salyana gedir – evlərinə.

Lakin uzun müzakirələrdən sonra Salyana teleqram vurulur: “Həsən, tez gəl, səni filmə təsdiqləyiblər”. Məhz bu film Məmmədovun həyatında dönüş edir və o, bir anda məşhurlaşır. Atası da Həsən Məmmədovu elə bu filmdən sonra bağışlayır.

4. Tələbəlik illərində rejissor Tofiq İsmayılovun doğum günündə Həsən Məmmədov ona böyük, bahalı bir vaza hədiyyə edib. Sonradan məlum olub ki, bu büllur vaza qardaşı arvadının cehizi imiş. T.İsmayılov bunu biləndə vazanı qaytarıb ki, apar qoy yerinə.

5. “Həm ziyarət, həm ticarət” filminin Türkiyədə aparılan çəkilişlərində yerli əhali onu Hollivud aktyoru zənn edib.

6. Deyilənə görə, məşhur “Gün keçdi” filmində baş qəhrəmanlar Oqtayla Əsmərin öpüşmə səhnəsi olmalı imiş. Həsən Məmmədov bundan imtina edir. Aktyor bu səhnənin Azərbaycan ailə əxlaqına zidd olduğunu deyir və həmçinin əlavə edir ki, hansısa açıq səhnənin olması filmdəki sevginin saflığına, təmizliyinə xələl gətirər.

7. H.Məmmədov “İstintaq” filmindəki “Murad” roluna görə SSRİ dövlət mükafatına layiq görülüb.

8. O, “Yedi oğul istərəm” filmindəki “Bəxtiyar” obrazına sınaqsız qəbul edilib.

9. Həsən bəy oğlunun toyunu görməyi çox istəsə də, bu arzusu ürəyində qaldı. Oğlu Əvəz Həsən Məmmədov vəfat edəndən sonra ailə qurdu.

10. Həsən Məmmədov 50-dən çox filmdə çəkilib. O, “Azərbaycanfilm”də istehsal olunmuş “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad) və digər filmlərində aparıcı rollar oynayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR