Bu ölkənin 2 min vətəndaşı Bakıda yoxa çıxıb
Finlandiya hökuməti vaxtıyla Azərbaycanda çalışmış 2000 nəfərə yaxın finin izlərini axtarır.
Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle.fl” portalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, finlər Bakıya Nobel qardaşlarının neft mədənlərində işləmək üçün gətiriliblər. Təxminən 2000 nəfərədək fin 19-cu əsrin sonlarından 20-ci əsrin əvvəllərinədək Bakı mədənlərində işləyib. Onların arasında mühəndislər, texniki işçilər və digər peşə sahibləri olub. Finlandiya Milli Arxivi hazırda həmvətənlərinin sonrakı taleyi ilə bağlı axtarışlara başlayıb.
Qurumun Rusiya üzrə koordinatoru Dmitri Frolovun bildirdiyinə görə, finlər Bakı mədənlərində müqavilə ilə işləyiblər. Bakıda sovet hakmiyyəti qurulandan sonra onların bir çoxu İsveçə, Finlandiyaya və Rusiyaya köçüb. Bir qismi isə Bakıda qalıb.
Ekpertlərin fikrincə, qohumluğunda fin olan Azərbaycan vətəndaşlarının bu məsələdə böyük köməyi dəyə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət