Dərc edildi: Baxış sayı: 516
2018-ci ildə dünyada xakerlər tərəfindən 800 mln. dollar məbləğində kriptovalyuta oğurlanıb
2018-ci ildə dünyada xakerlər tərəfindən 800 mln. dollar məbləğində kriptovalyuta oğurlanıb.
“Report” bu barədə “Audonomous Research”un araşdırmasına istinadən xəbər verir.
Yaponiyanın “Coinchek” birjasının yanvar ayında məruz qaldığı kiber hücumlar nəticəsində 500 mln. dollardan çox bitkoin oğurluğu həyata keçirilib. Bu soyğunçuluq ilin ən böyük kriptovalyuta oğurluğu olaraq tarixə keçib.
Keçən ay isə xakerlər tərəfindən Cənubi Koreyanın “Bithumb”u hədəfə alınıb və 30 mln. dollar oğurlanıb.
Xatırladaq ki, 2011-ci ildə ilk kriptovalyutalara 56 kiber hücum həyata keçirilib və ümumilikdə 1,6 mlrd. dollardan çox oğurluq edilmişdi.
Mənbə: Report.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət