Dərc edildi: Baxış sayı: 729
“Bu, ABŞ-ın təxribatıdır” - Jirinovski koronavirus haqda
Çində yayılmış koronavirus ABŞ-ın təxribatıdır. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu fikri “Tatyana günü” münasibəti ilə Dünya Sivilizasiyaları İnstitununda müəllim və tələbələrin qarşısında çıxış edən Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski səsləndirib.
“Həqiqətənmi yeni qrip növüdür, yoxsa kiminsə təxribatıdır? ABŞ. İqtisadiyyat. Və amerikalılar qorxur ki, onlar Çini ötə bilməyəcəklər və ya bərabər ola bilməyəcəklər”, - o deyib.
“Bir ay ərzində hər şey bitəcək. Bu, təxribat idi. Dərmanlar alındı, kimsə milyarder oldu. Onlar əsasən İsveçrədə yaşayırlar”, - mənbə Jirinovskinin sözlərini sitat gətirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət