Dərc edildi: Baxış sayı: 611
Belarusdan sonra Rusiya da təqiblərlə üzləşəcək? – Kremldən AÇIQLAMA
Kreml iddia edir ki, Belarusa qarşı təqiblərdən sonra Rusiya da gələcəkdə eyni ssenari ilə qarşılaşacaq: “Bu mövzuda Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenkonun fikirləri üst-üstə düşür”.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, məlumatı gazeta.ru saytı yayıb.
Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya tərəfi xarici müdaxilənin təzahürləri ilə bağlı narahatlıq keçirir.
“Xarici müdaxilənin dolayı və birbaşa təzahürləri bizi narahat edir. Hesab edirik ki, bu, yolverilməzdir” deyib Peskov.
Ancaq o, kimin müdaxilə etdiyini deməyib.
Mətbuat katibi “Faktların doğru olduğunu” bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət