Slimfit
  1. İDMAN

“Bavariya”dan “Real”a 120 milyonluq təklif

“Bavariya”dan “Real”a 120 milyonluq təklif
Sakura

“Bavariya”dan “Real”a 120 milyonluq təklif

İspaniyanın “Real” klubunun futbolçusu Marko Asensio yayda Madrid klubundan ayrıla bilər.

Ölkə.Az” xəbər verir ki, bu barədə “Don Balon” nəşri məlumat yayıb.

Xəbərə əsasən, almanların 23 yaşlı yarımmüdafiəçi üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilib. “Bavariya” təmsilçisinin Asensio ilə artıq danışıqlara başladığı və ona təklif göndərdiyi vurğulanıb.

Xəbərdə o da qeyd olunub ki, Asensio “Bavariya”ya keçməyə narazı deyil. Onun "Real"ın baş məşqçisi Santyaqo Solari ilə problemləri səbəbindən Madrid klubundan ayrılmağı düşündüyü iddia olunub.

Qeyd edək ki, Asensio bu  mövsüm 31 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR