Slimfit
  1. CƏMİYYƏT

Baş nazirdən əlillərlə bağlı vacib - Qərar

Baş nazirdən əlillərlə bağlı vacib - Qərar
Sakura

Baş nazirdən əlillərlə bağlı vacib - Qərar

İnfrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi, tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət qaydası təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Bu qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 17-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Eyni zamanda, infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına xidmət edir.

Qeyd edək ki, qərar Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR