Slimfit
  1. ŞİKAYƏTLƏR VƏ MÜRACİƏTLƏR

Bakı sakini öz doğma bacı-qardaşları tərəfindən aldadığını iddia edir

Bakı sakini öz doğma bacı-qardaşları tərəfindən aldadığını iddia edir
Sakura

Bakı Şəhəri Qaradağ Rayonu Sahil qəsəbəsi Ə.Gülbabayev küç., ev 18, mənzil 35- də yaşayan, Rzayeva Fəridə…

Doğma qardaşım Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qalmışam. Yoldaşım Rzayev İltifat Qüdrət oğlu 2012- ci ildə vəfat etmişdir. 2013-cü ildə qardaşım yoldaşımdan qalan mənzili mənim adıma özəlləşdirməsinə köməklik göstərəcəyini bildirib. Öz xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizəsinə məni aldadaraq , savadsızlığımdan və yaşlılığımdan sui-istifadə edərək imzamı atdırmışdır. Övladlarımın adından öz dəsti xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizələrinə saxta imzalar göstərməklə 45 saylı natariat kontorunun rəisi Tofiq Şükürov Gülabbas oğlu ilə əlbir olub təsdiqlətdirmişdir.
Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti ilə iş birliyi quraraq məndən xəbərsiz adıma gizli yolla saxtakarlıqla bağladığı müqaviləni özündə saxlayıb məndən gizlədir. Özəlləşmə ərizələrini bir kənara qoyaraq çirkin niyyətinə nail olmuşdur. Mənim adıma yeni şəxsi Maliyyə hesabı açdırmışdır. Mənzilimi ya satıb və yaxud girov qoyub. Müqavilə məndə olmadığından tam məlumatım yoxdur. Bu məsələdə qardaşım Ələmov Rahim Meyli oğluna doğma qardaşımlarım Ələmov Yusif Meyli oğlu, Ələmov Akif Meyli oğlu və Ələmov Rövşən Meyli oğlu, həmçinin doğma bacım İbadova Kamilə Meyli qızı yaxından köməklik göstərmişlər. 119 saylı keçmiş Mənzil İstismar Sahəsinin müdiri hal- hazırda müdür müavini işləyən Vidadi Əliyev köməklik etmişdir. 3 saylı Asan Xidmətin Reysestr Şöbəsində çalışan gənc xanım qardaşım Ələmov Rahim Meyli oğlu ilə əlbir olaraq Dövlət Mülkiyyətli Çıxarışını mənə Xüsüsi Mülkiyyət Çıxarışı kimi təqdim etmişdir. Mənim savadsızlığımdan sui-istifadə etmişlər.

Dövlət müəsəsi olduğundan və doğma qardaşım olduğundan məni aldatmalarını başa düşməmişəm. 2018- ci ildə mənzilimi satarkən bu məsələnin üstü açılmışdır. Adiyəti üzrə bütün qurumlara müraciət etmişəm və saxta icarə kirayə müqaviləsi ərizələri təqdim etmişəm. Bu günə qədər saxta ərizələri ekspertizaya göndərməyiblər və cinayəti ört- basdır edirlər .

Qaradağ Rayon Məhkəməsində övladlarım saxta ərizələrin ekspertiziyasını tələb etdi hakim Gülnar Əhmədova vəkilimiz Qulamov Ceyhun Oktay oğlu ilə əlbir olaraq iddianı dəyişdilər və saxta ərizələrin yerinə ekspertizaya notariatın qeydiyyat kitabını göndərdilər. Biz bu ədalətsizliyi görüb məhkəməni dayandırdıq. 3 Məhkəmə keçmişəm ədalətsizlik olub. Saxta ərizələr ekspertiza olunmayıb. Mənə ədalətsiz qərdadlar verilib mən yənə də narazı qalıb hal hazırda iddiamı Ali Məhkəməyə vermişəm artıq. 12 aydır iddiam Sedr Ramiz Rzayevdən gizlədilir. Mülkü işimə baxılmır. Artıq dərəcədə xahiş edirəm müqavilə aşkara çıxarılsın bu məsələ ciddi araşdırılsın. Saxta yollarla mənim adımdan dövlətdən mənimsənilən maliyyə dövlətə qaytarılsın və mənim mülküm qanuni şəkildə özümə qaytarılsıın.

Hörmətlə Rzayeva Fəridə Meyli qızı mob 055 322 -87 18 .012 446 60 82 .

Qeyd: Xahiş edirik bu şikayətimizi Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Ədliyə Naziri cənab Fikrət Məmmədova Baş prokuror cənab Zakir Qaralova, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin diqqətlərinə çatdırılsın.

Cənab prezident İlham Əliyevin və birinci vitse prezident Mehriban Əliyevanın diqqətinə çatdırılsın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR