Azərbaycanlılar Türkiyədə çıxılmaz vəziyyətdə qalıb: “Vətənimizə qayıda bilmirik”
Azərbaycan vətəndaşları Türkiyədə çarəsiz vəziyyətdə qalıblar.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Paylaşımlarda vətəndaşlar Türkiyənin İstanbul şəhərində çətin vəziyyətdə qaldıqlarını bildirirlər:
“Minlərlə insan burada Azərbaycanın İstanbuldakı konsulluğunun qarşısında evə qayıdacağı günü gözləyir. Çıxılmaz vəziyyətdə qalmışıq. Xəstəsi, qocası var. Vətənimizə qayıda bilmirik”.
Xanımlardan biri “Mən dərmanla yaşayıram, xəstə adamam. Vətənimə qayıdıb, uşaqlarımın yanında ölmək istəyirəm. Məni burada saxlayıb nə üçün öldürürsünüz” deyərək, konsulluq əməkdaşlarına səslənib. Buna baxmayaraq, konsulluq əməkdaşı qapının narazı insanların üzünə bağlayıb.
Həmin görüntüləri təqdim edirik:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət