Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı xanıma Ümumdünya Antidopinq Agentliyində vəzifə verildi

Azərbaycanlı xanıma Ümumdünya Antidopinq Agentliyində vəzifə verildi
Sakura

Azərbaycanlı xanıma Ümumdünya Antidopinq Agentliyində vəzifə verildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (ÜADA) məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupuna üzv seçilib.

Oxu.Az-a verilən məlumata görə, sözügedən Xüsusi İşçi Qrupunun məqsədi ÜADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq Agentliklərinin, onların proqramlarının, qısa və uzunmüddətli proqramların effektivliyinə və dünyada təsirli dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətlər, tövsiyələr verilməsi və metodiki dəstək göstərilməsidir.

Xüsusi İşçi Qrupunun əsas vəzifələrindən biri ötən ay ÜADA-nın Təsisçilər Şurasının Bakıda keçirilən görüşündə qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində ÜADA-ya dəstək göstərməkdir.

Azərbaycan Milli Antidopinq Agentliyinin cəmi iki il əvvəl yaradılmasını nəzərə alsaq, Azərbaycan nümayəndəsinin ÜADA-nın Xüsusi İşçi Qrupunun işinə cəlb edilməsi ölkəmizdə dopinqlə mübarizə sahəsində görülən işlərin və bu yönümdə aparılan siyasətin effektivliyinin tanınması deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR