Dərc edildi: Baxış sayı: 3935
Azərbaycanın yeni Baş naziri təsdiqləndi
Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsinə baxılıb.
Oxu.Az xəbər verir ki, məsələ səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Ə.Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olub.
Buna qədər isə Baş nazir Novruz Məmmədov idi. N.Məmmədov bu vəzifəyə 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən sonra təyin olunmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət