Dərc edildi: Baxış sayı: 385
Azərbaycanın iştirakçısı olduğu Lapis-Lazuli marşrutu ilə yük daşımalarına başlanılıb
Əfqanıstanda Lapiz-Lazuli beynəlxalq ticarət dəhlizinin açılışı olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu dəhliz Mərkəzi Asiya və Avropa arasında birbaşa əlaqəni təmin edəcək.
Açılış mərasimində iştirak edən Əfqanıstan Prezidenti bildirib ki, ötən 17 il ərzində ölkəsi dünyadan təcrid edilsə də, istifadəyə verilən dəhliz hesabına qonşuları ilə problemsiz bağlantıya malik olacaq.
Qeyd edək ki, Lapiz-Lazuli marşrutu ilə toxuculuq mallarından və quru meyvələrdən ibarət yük maşınları Əfqanıstandan Türkmənistana, ordan isə Azərbaycan, Gürcüstan və Türkiyəyə, hətta Avropa ölkələrinə hərəkət edə bilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət