Dərc edildi: Baxış sayı: 686
Azərbaycanda bu qadağa götürüldü
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.
Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti həftəsonları qadağan olunub.
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət