Slimfit
  1. SİYASƏT

Azərbaycan və Türkiyə prezidentlərinin ticarətlə bağlı hədəfi – Nazir müavini açıqladı

Azərbaycan və Türkiyə prezidentlərinin ticarətlə bağlı hədəfi – Nazir müavini açıqladı
Sakura

Azərbaycan və Türkiyə prezidentlərinin ticarətlə bağlı hədəfi – Nazir müavini açıqladı

“Azərbaycan və Türkiyə arasındakı münasibətlər daha da dərinləşir. İki ölkə arasındakı əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına töhfə verir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar.

X.Xələfov onu da əlavə edib ki, iki ölkə arasında hərbi əməkdaşlığa dair geniş hüquqi baza mövcuddur.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin ikitərəfli münasibətləri onların regional qütbləşmə prosesində söz sahibi olmasını şərtləndirir.

Nazir müavini söyləyib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR