Slimfit
  1. İDMAN

Azərbaycan və Pakistan arasında idman sahəsində Memorandum imzalandı

Azərbaycan və Pakistan arasında idman sahəsində Memorandum imzalandı
Sakura

Azərbaycan və Pakistan arasında idman sahəsində Memorandum imzalandı

Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir.

Oxu.Az xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan və bu gün Gənclər və İdman naziri Azad Rəhimovla görüşən Pakistanın Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni deyib.

A.Rəhimov Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən birincisi olduğunu və hər iki ölkənin illərə sığınan dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, imzalanacaq Anlaşma Memorandumu iki ölkənin idman sahəsində inkişafına çox böyük dəstək verəcək.

Eyni zamanda, qeyd olunub ki, ölkəmizdə səfərdə olduğu müddətdə qonaq Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası, Milli Gimnastika Arenası, Su idmanı Sarayı və digər idman qurğularında da olmaqla, Azərbaycanın idman infrastrukturu haqda daha geniş məlumat əldə edə biləcək.

Azərbaycana qonaqpərvərliyi üçün xüsusi təşəkkürünü bildirən qonaq Azərbaycanın idman sahəsində çox inkişaf etdiyini və Pakistanın Azərbaycan təcrübəsindən yararlanmaqda xüsusi maraqlı olduğunu bildirib. Fehmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarını çox böyük uğurla keçirdiyini və Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu söyləyib. 

Qonaq bildirib ki, idman diplomatiyası onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin idman sahəsində çox böyük təcrübəyə malik olduğunu söyləyən xanım Fehmida Mirza Ni işləniləcək idman diplomatiyasına Azərbaycanın da cəlb oluna biləcəyini və bununla da münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyini vurğulayıb.

Xanım Fehmida Mirza Ni Azərbaycan və Pakistan idmançılarının müxtəlif idman növlərində təlim-məşq toplanışlarına qatılmalarının idmanın inkişafında önəmli addım olduğunu bildirib, bu istiqamətdə də əməkdaşlığı genişləndirmənin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR