Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan dövləti xüsusi mükafat aldı

Azərbaycan dövləti xüsusi mükafat aldı
Sakura

Azərbaycan dövləti xüsusi mükafat aldı

"ASAN Xidmət təkcə Azərbaycanın intellektual brendi deyil, həm də beynəlxalq bir təşkilatın adına çevriləcək", - Ülvi Mehdiyev

"Bu cür mötəbər tədbirin Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Çünki Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi Bakı tarixə düşdü".

Sputnik Azərbaycan xəbər verir ki, bunu ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, forum zamanı dövlət xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı hansı işlər görüləcəyi barədə qərar qəbul olunacaq:

"Bu forumu Azərbaycan üçün əhəmiyyətli edən hadisələr olacaq. Bunlardan biri Beynəlxalq ASAN Assosiasiyasının təsis olunmasıdır. Bu bütün ölkələrin dövlət xidmətlərinin birləşdiyi bir təşkilat olacaq. Qurumun adı da ASAN olacaq. Bu isə o deməkdir ki, ASAN Xidmət təkcə Azərbaycanın intellektual brendi deyil, həm də beynəlxalq bir təşkilatın adına çevriləcək. Bu addımın məqsədi ASAN Xidmət modelinin digər dövlətlərdə tətbiqi ilə bağlı mübadilə aparmaqdır".

"Azərbaycan dövləti BMT tərəfindən xüsusi mükafata layiq görüldü. Mükafatın əsas təyinati odur ki, Azərbaycan ASAN Xidmət modeli ilə dövlət xidmətləri sahəsində ciddi bir islahata imza atdı. Artıq ASAN Xidmətin ikinci mərhələsi bu ildən fəaliyyətə başlayıb. Söhbət Mygov elektron hökumət konseptindən gedir. Bu konsept vasitəsilə reaktiv xidmətlərdən preaktiv xidmətlərə keçid edəcəyik. Bu konsept də BMT ekspertləri tərəfindən qiymətləndirilib", - deyə Ülvi Mehdiyev qeyd edib.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR