Slimfit
  1. İDMAN

“Azərbaycan bayrağını görəndə böyük qürur hissi keçirirəm” — Millimizin braziliyalısı

“Azərbaycan bayrağını görəndə böyük qürur hissi keçirirəm” — Millimizin braziliyalısı
Sakura

“Azərbaycan bayrağını görəndə böyük qürur hissi keçirirəm” — Millimizin braziliyalısı

Futzal üzrə Azərbaycan millisinin formasını geyinən Tiaqo Bolinya Rusiya mətbuatına geniş müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, qonşu ölkədə “Norilski Nikel” klubunda çıxış edən 32 yaşlı futzalçı Azərbaycanla bağlı xoş fikirlər səsləndirib.

- Qazaxıstanda “Astana-Tulpar”dan sonra Azərbaycana köçdünüz. Bu iki ölkənin çempionatını müqayisə edərdiniz...

- Məncə, Qazaxıstan futzalı daha çox inkişaf edib. Azərbaycanda mənim çıxış etdiyim “Araz” çox güclüdü və bəlkə də, bu qədərdi. Tez-tez oyunlarda 15-20 qol vururduq. Yaxşı vəziyyətdə deyildi, çünki güclü rəqiblər yoxdu. Çempionatdan sonra avrokubokda oyunçuların həmin tempdə oynaması çox çətin olurdu.

- Şəhərləri də müqayisə edərdiniz: Karaqanda, yoxsa Bakı?

- Əlbəttə, Bakı daha yaxşıdı. Turistlərin sevdiyi çox gözəl şəhərdi. Orda hər zaman sizə kömək edən yaxşı insanlar yaşayır. İki ilimi Bakıda keçirdim və indi ora üçün darıxıram. Azərbaycana böyük hörmətim var. Yerli mətbəx də çox gözəldi.

- “Araz”da oynayarkən Azərbaycan millisinə də çağırıldınız. Milliləşdirilmiş futzalçı olmağa necə qərar verdiniz?

- Almatıda “Yeremenko Kubokun”da “Astana-Tulpar”da oynadığım zaman digər klubların diqqətini çəkdim. Klubun maddi problemindən sonra Braziliyaya qayıtmalı və iki ay "Mareko"da oynamalıydım. Kolumbiyadakı dünya çempionatından iki ay əvvəl "Araz"ın nümayəndələri mənə zəng vuraraq, Azərbaycanda oynamağı və daha sonra vətəndaşlıq məsələsinin həllini təklif etdilər. Dərhal razılaşdım.

- Azərbaycanda Rusiyadakı kimi, vətəndaşlıq almaq üçün 5 il orda çalışmaq meyarı yoxdu?

- Xeyr, yoxdu. Azərbaycan millisində məndən başqa braziliyalılar da var.

- Braziliya yığmasına düşmək o qədər çətindi?

- Braziliyada rəqabət böyükdü və heç vaxt milliyə çağırılmayacaq yaxşı oyunçular var. 22 yaşımda əla formada idim, çempionata bombardirlik edirdim. Amma bir neçə ildən sonra başa düşdüm ki, yığmaya düşmək üçün Braziliyanın ən yaxşı klublarında oynamalıyam. Braziliyada bərabər gücdə 4 komanda qurmaq olar.

- Seçiminizi Azərbaycanın xeyrinə etməyinizə peşman deyilsiniz?

- Əlbəttə, xeyr. Avropa və dünya çempionatlarında oynamaqdan məmnunam. 2020 və 2022-ci illərdəki turnirlərdə də çıxış etmək istəyirəm.

- Azarkeşlər ən çox milliləşdirilmiş oyunçuların ürəkdən mübarizə aparmamalarından şikayət edirlər. Siz Azərbaycan yığmasında necə oynayırsınız?

- Ürəyimlə. Azərbaycan bu gün mənim ölkəmdi. Azərbaycan bayrağını görəndə böyük hörmət və qürur hissi keçirirəm. Böyük turnirlərdə çıxış etmək üçün mənə şans verdikləri üçün bu ölkəyə minnətdaram. Braziliya mənim doğma vətənimdi, amma Azərbaycan da ikinci ölkəmdi. Mən onlara hörmətlə yanaşıram.

- Kolumbiyadakı dünya çempionatını xatırlayaq. Azərbaycan 1/4 final mərhələsində dayandı. Hissləriniz nələrdi?

- Həmin vaxt Portuqaliyaya 1:2 hesabı ilə uduzduq. Həmin matçda əsas qapıçımız və iki braziliyalı oyunçumuz diskvalifikasiya səbəbindən iştirak etmədi. Həmin oyundan acı bir xatirə var idi. Ancaq ümumilikdə möhtəşəm turnir keçirdik. İspaniya, İran və Mərakeşin yer aldığı çox çətin qrupa düşmüşdük. Düşünürəm ki, yaxşı oyun göstərdik. Bir aydan sonra dünya çempionatının seçmə mərhələsi başlayacaq. Slovakiya, Makedoniya və Moldova ilə düşdüyümüz qrupda birinci yeri tutmaq istəyirik.

- Müasir futzala nə əlavə edərdiniz?

- Olimpiadada futzalı görmək istəyirəm, çünki idmanımız möhtəşəmdi. Əlbəttə, televiziyada daha çox mini-futbol göstərmək lazımdı. İdmanın bu növünün daha çox işıqlandırılmasına ehtiyac var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR