Slimfit
  1. CƏMİYYƏT

AZAL-ın təyyarəsi yer səthi ilə təmas edənədək xarici təsirə məruz qalıb

AZAL-ın təyyarəsi yer səthi ilə təmas edənədək xarici təsirə məruz qalıb
Sakura

AZAL-ın təyyarəsi yer səthi ilə təmas edənədək xarici təsirə məruz qalıb

"Azərbaycan Hava Yolları"na aid “Embraer-190” təyyarəsi yer səthi ilə təmas edənədək xarici təsirə məruz qalıb.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki,bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin təyyarə qəzası ilə bağlı ilkin hesabatında qeyd olunur.

Hesabatda təyyarənin quyruq hissəsinin sol tərəfinin fotosuna verilən şərhdə təyyarənin yer səthi ilə toqquşana qədər hidravlika sistemlərinin hava gəmisinin xarici obyektlərin təsirinə məruz qaldığı ehtimal olunduğu açıqlanıb: "Məlum zədənin nəticəsi hidravlika mayesi və təzyiq itkisi olub. Hava gəmisinin gövdəsində çoxsaylı dəliklər və yad metal əşyalar aşkar edilib", - ilkin hesabatda belə vurğulanır.

Bildirilir ki, yer səthi ilə toqquşmadan sonra hava gəmisi bir neçə hissəyə parçalanıb: “Füzelyajın mərkəzi və ön hissəsi, pilot kabinəsinin aşağı hissəsi və sağ qanad tamamilə yanıb. Pilot kabinəsinin yuxarı hissəsi aşağı hissədən ayrılıb, üzərində yuxarı alətlər paneli, kabinanın iki külək şüşəsi və bir yan pəncərə qalıb”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR