Slimfit
  1. İQTİSADİYYAT

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı  səfiri ilə görüşüb
Sakura

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Prezidenti Cahangir Əsgərov bazar ertəsi ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer ilə görüşüb.

Bu barədə “Report”a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.

Görüşdə tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər.

Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycanda müasir nəqliyyat infrastrukturu yaradılıb və nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcuddur.

Xüsusilə, ABŞ-ın ən iri aerokosmik korporasiyası “Boeing” “Azərbaycan Hava Yolları”nın strateji tərəfdaşıdır və AZAL-ın donanmasına müasir "787-8 Dreamliner” də daxil olmaqla bir neçə tipli “Boeing” təyyarələri daxildir.

Bundan başqa, 2016-cı ilin iyun ayından etibarən Azərbaycan və Birləşmiş Ştatlar arasında “Açıq Səma” (Open Skies) sazişi qüvvədədir. Bu saziş sayəsində operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha əlverişli və səmərəli xidmətlər göstərilib, Cahangir Əsgərov qeyd edib.

ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ölkəmiz üçün aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi – “A kateqoriyasını” təsdiq etmişdir ki, bu da birbaşa Bakı - Nyu-York -Bakı aviareysini açmağa imkan verib.

“Silk Way” aviaşirkəti 2005-ci ildən etibarən həm ABŞ-ın özəl şirkətləri, həm də dövlət sektoru ilə işgüzar münasibətləri fəal inkişaf etdirir və möhkəmləndirir. “Silk Way” aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən tanınan və sertifikatlaşdırılan aviadaşıyıcılardan biridir. US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan verib.

Səfir Litzenberqerin sözlərinə görə, mövcud böyük potensial və yaradılan şərait ölkələrimiz arasında turizmin inkişafında böyük imkanlar açır. “ABŞ və Azərbaycan arasında münasibətləri, xüsusilə AZAL və “Silk Way” aviaşirkəti ilə əməkdaşlığı çox yüksək qiymətləndirirəm və səbirsizliklə turizmin inkişafında tərəqqi gözləyirəm”, - deyə səfir Li Litzenberqer bildirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR