Slimfit
  1. MEDİA

“Az qala hər məmur özünə sayt açıb” - Baş redaktordan Prezidentə dəstək

“Az qala hər məmur özünə sayt açıb” - Baş redaktordan Prezidentə dəstək
Sakura

“Az qala hər məmur özünə sayt açıb” - Baş redaktordan Prezidentə dəstək

Cənab Prezidentin son müşavirədə söylədiyi “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri düşündürücü və narahatlıq doğuran məsələdir.

Oxu.Az-ın məlumatına görə, bunu “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.

O deyib ki, ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş yayılmayıb. R.Məcid bununla belə, qeyd edib ki, əvvəllər keçmiş MTN-nin təsirində olan qəzetlər vardı.

“Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu. Bu informasiyalarda xüsusi maraqlı dairələrin əl izləri aydın görünürdü”, - deyə R.Məcid qeyd edib.

Baş redaktor əlavə edib ki, Mətbuat Şurası bu qəzetləri “qara siyahıya” salsa da, hansısa qüdrətli əl buna mane olurdu:

“Yeni medianın artması ilə ayrı-ayrı məmurların da sayt yaratması adi hal oldu. Çox da böyük olmayan vəsaitlə yaradılan bu yeni “media orqanları” sifarişçilərin əlində çomağa çevrildi. İndi az qala hər məmur özünə bir sayt açıb. Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb.

Buna görə də cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik”.

Qeyd edək ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Ölkə başçısı bildirib ki, bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər.

“Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda”.

Prezident söyləyib ki, mətbuat bir növ daxili mübarizə növünə çevrilib:

“Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir.

Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR