Avstraliya Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı
Avstraliyanın baş naziri Skott Morrison hökumətin Tel-Əviv əvəzinə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə planını təsdiqləyib.
Karabakhmedia.az xəbər verir ki, Sidneydəki institutda çıxış edən baş nazir bildirib ki, Qüdsdə Avstraliyanın ticarət və müdafiə nümayəndəlikləri açılacaq. Amma hazırda uyğun yer axtarışları səbəbindən səfirliyin köçürülmə məsələsi təxirə salınıb.
“Avstraliya artıq Qərbi Qüdsü İsrailin paytaxtı kimi qəbul edir”, - deyə Morrison bəyan edib.
Onun sözlərinə əsasən, Qərbi Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi Şərqi Qüdsün Fələstinin paytaxtı kimi qəbul edilməsi imkanı deməkdir. Amma bunun üçün isə iki dövlət arasında münaqişənin sülh yolu ilə nizamlanması lazımdır.
Səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi Avstraliyaya 144 milyon dollara başa gələcək. Yaxın vaxtlarda Qüdsdə əlavə konsulluq binası və müdafiə, ticarət məsələləri üzrə xüsusi bürolar açılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət