Slimfit
  1. MƏDƏNİYYƏT

Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq
Sakura

Astanada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

 Qazaxıstan paytaxtı Astanada oktyabrın 23-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. 

Azərbaycanın Qazaxıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, TÜRKSOY-un təşkilatçılığı və səfirliyin dəstəyi ilə  baş tutacaq tədbir konsert proqramı ilə davam edəcək. 

Astana Akimliyi yanında Dövlət Akademik Filarmoniyasının ifa etdiyi konsertin bədii rəhbəri Berik Batırxandır. Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. 

Proqramda Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baletindən vals və suitalar tamaşaçılara təqdim olunacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR