Asılılıq yaradan məhsullar açıqlandı
Miçiqan Universitetinin mütəxəssisləri asılılıq yaradan məhsulları açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Mail Online” yazıb.
Tələbələr arasında tədqiqat aparan alimlər müəyyən nəticəyə gəliblər. Xüsusilə də, məlum olub ki, “narkotik-məhsullar”ın tərkibindəki karbohidrat və yağ kütlələri 2:1 kimi nisbətdədir.
Qeyd edilir ki, təhlükəli məhsulları müəyyən etmək üçün qida asılılığı şkalasından istifadə olunub. Məlum olub ki, daha çox asılılıq yaradan məhsullar bunlardır: südlü şokolad, dondurma, tort, çips, fri kartofu, pitsa, burqer və popkorn.
Alimlər bildirib ki, hələ uşaq ikən insan beyni qidadan aldığı həzzi yadda saxlayır. Ona görə də insanlar yetkinlik yaşına çatanda həmin təamları xatırladan məhsulları seçir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət