Dərc edildi: Baxış sayı: 418
“Arşın mal alan” marionet tamaşası nümayiş olunacaq
Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası təqdim ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa Üzeyir Hacıbəyliyə həsr ediləcək X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.
Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.
Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət