Slimfit
  1. MARAQLI

Almaniyada liftləri harada sınaqdan keçirirlər? - 246 metrlik sınaq qülləsi

Almaniyada liftləri harada sınaqdan keçirirlər? - 246 metrlik sınaq qülləsi
Sakura

Almaniyada liftləri harada sınaqdan keçirirlər? - 246 metrlik sınaq qülləsi

Ens.az xəbər verir ki, Almaniyanın Rotveyl şəhərindəki ThyssenKrupp (TKT) sınaq qülləsinin hündürlüyü 246 metrdir və Almaniyada ən hündür konstruksiyalardan biri hesab olunur. Bu tikili göydələnlər üçün olan yüksək sürətli liftlərin sınaqdan keçirilməsi və sertifikatlaşdırılmasında istifadə edilir, 232 metr yüksəklikdə isə ölkənin ən yüksək müşahidə meydanı yerləşir.

Göydələnlər üçün liftlərin sınaqdan keçirilməsi

Sərnişin lifti bizə tanış olan bir mexanizmdir ki, yüksək binanı onsuz təsəvvür etmək mümkün deyil, ilk belə lift 1857-ci ildə Nyu-Yorkda quraşdırılmışdır. Binaların polad çərçivələrindən istifadə etməklə E.Q. Otisin liftlər üçün təhlükəsizlik cihazı qurğusu  Göydələnlərin tikilməsini mümkün etmişdir.

O vaxtdan bəri, liftlər daim təkmilləşdirilir və yaxşılaşdırılır, amma müntəzəm testlər üçün xüsusi yüksək mərtəbəli binalar tələb olunur. Belə sınaq qüllələrindən biri Almaniyanın Rotveyl şəhərindəki yüksək mərtəbəli tikintidir. ThyssenKrupp - liftlər, eskalatorlar və lövhəli paslanmayan poladın istehsalı üzrə dünyada aparıcı mövqeyə malik olan Almaniyanın ən böyük sənaye konsernlərindən biridir.

246 metrlik TKT sınaq qülləsinin tikintisinə 2014-cü ildə başlanıb və 2017-ci ildə başlanıb və 2017-ci ildə tamamlanıb. Yeni texnologiyaların sınaqdan keçirilməsi üçün vacib funksional rolu ilə yanaşı qüllə ziyarətçilərə 232 metr yüksəklikdən baxış sahəsi təklif edir. Bu, Almaniya üçün ziyarətçilərə açıq olan ən yüksək müşahidə sahəsidir.

Özünün qeyri-adi konstruksiyası və keyfiyyətli tətbiqi üçün TKT qülləsi bir neçə nüfuzlu mükafata layiq görülmüşdür: kompleks planlaşdırma üçün Balthasar Neumann Award 2018 və «Industriebaupreis 2018» mükafatları. Ekspertlər və mütəxəssislər tikilinin innovativ tərzini və arxitektura və layihələndirmə baxımından müstəsna keyfiyyətin birləşməsini qeyd ediblər.

Beləliklə, qüllə TKT-ə müasir texnologiyaların təkmilləşdirilməsi və bütün dünya üzrə göydələnlərin hazırlanması vaxtının azaldılmasına əhəmiyyətli töhfə verir. Əsas məqsədlə yanaşı test tikilisi ərazini qeyri-adi arxitekturası ilə canlandırır və qonaqlara möhtəşəm yüksək mənzərəsi təklif edir.

Sınaq qülləsinin konstruksiyası diametri 21m olan nazik dəmir-beton boş borudan ibarətdir. Qüllənin divarının qalınlığı paylanmış yükə uyğun olaraq yuxarından aşağıya 40sm-dən 30sm-ə qədər azalır. Liftin şaxtasının divarları horizontal yüklərin daşınması üçün az əhəmiyyətlidir və onlar 25sm olmaqla divarın qənaətcil qalınlığa malik olmasını təmin edir. Konstruksiyanın yüksək effektivliyi nəticəsində qüllənin yuxarı hissəsinə külək yüklənməsi nəticəsində yaranmış horizontal deformasiya cəmi 331mm təşkil edir. Bu dəyər yüksək mərtəbəli tikilidə adi dəyərlərdən sərfəli olmağına görə fərqlənir.

Tikilinin örtüyü şəffaflığı yuxarıdan aşağıya qədər artan PFTE örtüklü yüksək davamlı şüşə lifli materialdan hazırlanıb. Bu parça qüllə ətrafında “sarılmış” altı adi polad boruya təsbit olunub. Qülləni əhatə edən parça spiral fasad təkcə estetik dəyərə malik deyil, həm də beton konstruksiyanın uzunömürlülüyünü artırır.

Mənbə: taratutenko.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR