Slimfit
  1. ELM

Alimlər vitamin D-nin yeni faydalı xüsusiyyətini aşkarladılar

Alimlər vitamin D-nin yeni faydalı xüsusiyyətini aşkarladılar
Sakura

Orqanizmdə vitamin D-nin yüksək səviyyəsi pasiyentlərdə ağır yanıqlardan sonra bərpa olunmanı daha da…

Publika.az bildirir ki, belə nəticəyə Böyük Britaniyanın Birmingem İltihab və Qocalma İnstitutunun alimləri gəliblər.

Yanıqlardan zərər çəkmiş insanlar müxtəlif infeksiyalara yoluxmaya meyilli olurlar. Çoxdan məlumdur ki, vitamin D antibakterial təsirə malikdir, buna görə alimlər fərz edirlər ki, o yanıqların daha tez sağalmasına imkan yarada bilər.

Bu fərziyyəni yoxlamaq üçün mütəxəssislər 1 il boyunca ağır yanıqları olan pasiyentlərdə bərpa prosesinin gedişatını təqib ediblər və prosesi orqanizmdə vitamin D-nin səviyyəsilə əlaqələndiriblər. Aydın olub ki, vitamin D-nin yüksək səviyyəsi olan xəstələrdə yaraların sağalması daha müvəffəqiyyətlə baş verir.

Bununla yanaşı aydınlaşdı ki, yanıqlar orqanizmdə vitamin D-nin səviyyəsini kəskin azaldır. “Buna görə də, faktiki olaraq, travmanın alınmasından dərhal sonra bu maddənin qəbulu pasiyentə sağalmağa daha çox şans verəcək”, - hesabatda deyilir.

Zaur H.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR