Slimfit
  1. TEXNOLOGİYA

Alimlər insan orqanlarının bioçapında inqilabi irəliləyişə nail olublar

Alimlər insan orqanlarının bioçapında inqilabi irəliləyişə nail olublar
Sakura

Alimlər insan orqanlarının bioçapında inqilabi irəliləyişə nail olublar

ABŞ-ın Rays Universitetinin biomühəndisləri toxumaların bioçapında inqilabi irəliləyişə nail olublar. Belə ki, alimlər təbii qan damarlarını, limfa və digər həyati əhəmiyyətli mayeləri imitasiya edən dolaşıq damar şəbəkələri yaradıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, tədqiqat zamanı biomühəndislər tənəffüs yolları qan damarlarına oksigen çatdıran ağciyəri imitasiya edən hava kisəsinin hidrogel modelini hazırlayıblar. Bundan başqa, tədqiqatçılar qaraciyər toxumasının istifadə edildiyi bioçap konstruksiyalarının implantasiya olunduğu siçanlar üzərində eksperiment aparıblar. Tədqiqatçılar qeyd edib ki, işlək toxuma əvəzedicilərinin yaradılmasında ən böyük maneələrdən biri mürəkkəb orqanizm daxilində qida maddələrinin ötürülməsi üçün xidmət edən damar şəbəkəsini çap etməyin qeyri-mümkünlüyü olub. 

Universitet əməkdaşlarının sözlərinə görə, onlar tərəfindən hazırlanan orqanların tərkibində müstəqil damar şəbəkələri – ağciyərdə və öd yollarında qan damarları və qaraciyərdə qan damarları var. Bu şəbəkələr həm fiziki, həm də biokimyəvi baxımdan dolaşıqdır, onların arxitekturası isə toxuma funksiyası ilə bağlıdır.

Biomühəndislər qrupunun məqsədi xəstənin hüceyrələrindən istifadə etməklə sağlam və funksional orqanlar üçün bioçap imkanının yaradılmasıdır. Nəticədə onların köçürülməsi zamanı insanda qopma halları olmayacaq. Həmçinin bu, donorlara ehtiyacı aradan qaldıracaq.

 

 

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR