Dərc edildi: Baxış sayı: 457
Ağsuda şəkər çuğunduru istehsalı artıb
Ağsu rayonundan İmişli şəkər zavoduna 3360 ton şəkər çuğunduru təhvil verilib. Bu göstərici ötən ildəkindən 970 ton çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ağsuda şəkər çuğunduru istehsalına maraq ilbəil artır. Təsadüfi deyil ki, cari mövsümdə əkin sahəsi keçən mövsümdəkinə nisbətən 102 hektar artaraq 180 hektara çatıb.
Qeyd edək ki, bu il şəkər çuğunduru sahələrinin 110 hektarı “Aran aqro” MMC tərəfindən yetişdirilib, qalan sahələri fiziki şəxslərə məxsus olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət