Ağır və zərərli olan işlərdə çalışanların sayı açıqlandı
Ağır və zərərli olan işlərdə çalışanların sayı açıqlandı
Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışanların sayı açıqlanıb.
Ens.Az-ın məlumatına görə,bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2022-ci il üzrə həmin şəxslərin sayı 14 276 nəfər olub.
Onların 8071-i sənaye, 640-ı tikinti, 5 272-si nəqliyyat və anbar təsərrüfatı, 293-ü isə informasiya və rabitə sektorunda çalışanlardır.
Ötən il üçün əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda işləyənlər isə 1 209 nəfər təşkil edib. Onların 1 131-i sənaye, 68-i isə informasiya və nəqliyyat sektorunda çalışanlardır.
Həmçinin iş yerində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlər 24 400 nəfər olub. Onların 15 879-u sənaye, 4 188-i tikinti, 4 031-i nəqliyyat və anbar təsərrüfatı, 302-i isə informasiya və rabitə sektorunda çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət