'AFB Bank'a yeni sədr təyin edilib
"AFB Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Report" Banka istinadən xəbər verir ki, bu, Orxan Xubanlıdır.
O, vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də, ləğv prosesində olan “Bank Standard” QSC-də, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda və "Azsığorta" ASC-də rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət