Slimfit
  1. CƏMİYYƏT

Açıq havada işləyən restoranlarda COVID-19 pasportu tələb ediləcək? - AÇIQLAMA

Açıq havada işləyən restoranlarda COVID-19 pasportu tələb ediləcək? - AÇIQLAMA
Sakura

Açıq havada işləyən restoranlarda COVID-19 pasportu tələb ediləcək? - AÇIQLAMA

“Bu gündən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara yalnız COVID-19 pasportu olduğu halda buraxılacaq”.

Ens.az xəbər verirki,bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

Onun sözlərinə görə, ictimai iaşə müəssisələrinin, iri ticarət mərkəzlərinin və mehmanxanaların xidmətlərindən vaksinin hər iki dozasını vurduran və COVID-19 pasportu ilə təmin olunan şəxslər istifadə edəcəklər:

“Bu məsələ barədə ötən gün elektron hökumət portalının nümayəndələri də açıqlama verib. Həmin müəssisədə çalışan işçi heyətindən isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, oktyabr ayının 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir”.

E.Hacıyev qeyd edib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara şamil edilmir:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pasportu tələbi yalnız qapalı məkanlara aiddir”.

Qeyd edək ki, gözəllik salonlarında, ictimai nəqliyyatda, bərbərxanalarda və marketlərdə COVID-19 pasportu tələb olunmur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR